"Qarabağ" ilk oyununu "Çelsi"yə qarşı səfərdə oynayacaq - Təqvim və vaxt açıqlandı + CƏDVƏL

img

24-08-2017 [22:51]


Çempionlar Liqasında qrup mərhələsinin təqvimi müəyyənləşib.

C qrupunda yer alan "Qarabağ" mübarizəyə İngiltərədə "Çelsi"yə qarşı səfər matçı ilə başlayacaq.

Son oyun isə dekabrın 5-də İtaliya paytaxtında "Roma"ya qarşı olacaq:

C qrupunun təqvimi:

12 sentyabr

"Çelsi" (İngiltərə) - "Qarabağ"

27 sentyabr

"Qarabağ" - "Roma" (İtaliya)

18 oktyabr

"Qarabağ" - "Atletiko" (İspaniya)

31 oktyabr

"Atletiko" - "Qarabağ"

12 noyabr

"Qarabağ" - "Çelsi"

5 dekabr

"Roma" - "Qarabağ"

Azərbaycandakı oyunlar Avropa vaxtı ilə saat 18:00-da start götürəcək. Bu isə qitədə saatların əqrəbləri bir saat geri çəkilənədək 20:00, geri çəkiləndən sonra 21:00 deməkdir.

Report.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA