Azərbaycanın xarici dövlət borcunu nə qədərdir? - Maliyyə Nazirliyi açıqladı

img

24-08-2017 [19:59]


Azərbaycanın xarici dövlət borcu açıqlanıb.

Maliyyə Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, 1 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 172,6 mln. ABŞ dolları (12 mlrd. 208,5 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18,9% təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA