23-08-2017 [20:53]
23 avqustda "Mübarizlər layihəsinin press konfransı keçirilib.
«Mübarizlər» - «Гонка Героев» kimi tanınan layihənin Azərbaycanda təşkil olunan versiyasıdır. İlk dəfə bu tədbir 23 sentyabr FHN Təlim-Tədris mərkəzində baş tutacaq.
Bakıda bu layihənin icrası "Events Management Azerbaijan” şirkətinin öhdəsinə düşür. "Mübarizlər” layihəsi "Gilan Holdinq” təşkilatçılığı ilə və həmçinin FHN, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və s. kimi qurumların dəstəyi ilə baş verəcək.
«Гонка Героев» - "Лига героев» komandasının ən tanınmış layihələrindən biridir. Bu layihə 2013-cü ildən başladığı fəaliyyətini Rusiyanın bütün regionlarını əhatə edərək davam etməkdədir.
"Лига Героев” – artıq 5 ildir ki, Rusiyada irimiqyaslı idman tədbirlərin təşkilatçılığı ilə məşğul olan unikal peşəkarlar komandasıdır. "Лига Героев” layihələri cəmiyyətin ən geniş təbəqələrini əhatə edir, idman tədbirlərinin həmişəki çərçivələrini genişləndirir və artıq on minlərlə insanın sevgisini qazanıb. "Лига Героев” haqlı olaraq Rusiyanın irimiqyaslı federal idman tədbirləri məkanında qaydaları müəyyən edən tədbir hesab oluna bilər.
Layihənin formatı – çətin keçilən ərazidə maneəli qaçışdır.
İştirakçılar hər bir ölkə, hər bir şəhər üçün öz xüsusiyyətləri ilə fərqlənən çətin trası fəth etməlidirlər. Unikal landşaft və inanılmaz maneələr hər yarışı təkrarolunmaz edir.
Tədbir üçün nəzərdə tutulmuş traslar Moskvadan Bakıya qədər dünyanın ən gözəl yerlərində inşa edilir: istirahət zonalarında və parklarda, dağların zirvələrində və mənzərəli vadilərdə.
"Mübarizlər” – komanda tədbiridir. Maneələrin çoxu elə nəzərdə tutulub ki, onları komanda yoldaşlarının köməyi olmadan keçmək mümkün olmasın. İştirakçılar əllə keçid qurğularını, tunelləri və hətta bütöv "kəşfiyyatçı zolaqları”nı fəth etməlidir.
İstəyən hər kəs iştirakçı ola bilər – bunun üçün dostları dəvət etmək, saytda qeydiyyatdan keçmək və ya həmfikirlərinə yarış zamanı qoşulmaq kifayətdir.
İştirakçılara yarış iki formatda təqdim olunacaq – komanda və çempionat formatları. Komanda iştirakı üçün təşkilatçılar 5 km uzunluğunda tras və 21 maneə nəzərdə tutub, özünü çempionatda sınamaq istəyənlər isə 10 km-ə yaxın trasdan və 40 maneədən keçməyə hazır olmalıdır.
Maneələr məxsusi olaraq elə qurulub ki, iştirakçılar trasları keçərkən bütün əzələ qruplarını işə salsınlar. "Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.
"Mübarizlər” iştirakçılarına komanda yarışında və ya iki çempionat kateqoriyasının birində (fərdi qadın kateqoriyası və fərdi kişi kateqoriyası) öz gücünü sınamaq, öz imkanları haqqında daha çox şey öyrənmək, həmfikirlər tapmaq, fan-zonasında əyləncəli idman oyunlarında iştirak etmək və bütün gün ərzində dünyada analoqu olmayan irimiqyaslı idman bayramı ab-havasına qərq olmaq təklif olunur.
Yarış haqqında daha ətraflı məlumatı saytdan və layihənin sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi