Prezident daha bir dəyişiklik etdi - Sərəncam

img

23-08-2017 [18:06]


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 442) aşağıdakı dəyişikliklər edilib:

1-ci hissədə "22” rəqəmləri "28” rəqəmləri ilə, "267” rəqəmləri "271” rəqəmləri ilə əvəz edilsin, həmin Sərəncamın əlavəsi olan "İçməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı” yeni redaksiyada verilsin (əlavə olunur).

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA