“Azərbaycana bizə göstərdiyi qardaşlıq köməyinə görə minnətdarıq" - Gürcüstanın müdafiə naziri

img

23-08-2017 [16:56]


Gürcüstanın müdafiə naziri Levan İzoriya ölkə ərazisində davam edən güclü yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi köməyi yüksək qiymətləndirib.

APA-nın yerli bürosunun məlumatına görə, nazir Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib: "Azərbaycana bizə göstərdiyi qardaşlıq köməyinə görə minnətdarıq. Yanğınlarla bağlı monitorinqi məhz Azərbaycan tərəfinin göndərdiyi helikopterlə həyata keçirmişik. Yüksək əməkdaşlıq sayəsində yanğın ocaqlarını birgə müəyyən etməyə nail olmuşuq”.
 
Nazir deyib ki, yanğın ocaqları minimallaşdırılsa da, külək yanğının qarşısının tam alınmasına mane olur: "Azərbaycan və digər ölkələrin göstərdiyi kömək sayəsində yanğın ərazisinə yaxın yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik”.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA