Kəskin istilər bir neçə gün də davam edəcək

img

09-08-2010 [12:48]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gündüz 37-39, bəzi yerlərdə 40, axşam 28-30, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Avqustun 10-da hava az buludlu, yağmursuz keçəcək. Şimal, şimal-şərq küləyi əsəcək. Gecə 22-26, gündüz 37-39, bəzi yerlərdə 40, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Avqustun 11-də hava günəşli keçəcək. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 37-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq. Avqustun 12-də hava günəşli keçəcək, şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-28, gündüz 37-39 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da avqustun 10-da hava günəşli keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda gecə 16-21, gündüz 30-35 dərəcə isti olacaq. Avqustun 11 və 12-də hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında kəskin istilərin davam edəcəyi gözlənilir. Zəif küləklərin üstünlüyü və ayrı-ayrı saatlarda havada nisbi rütubətliyin çox olması boğanaq hissi yarada bilər. Belə hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də tənəffüs və ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün risklidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA