?Xərçəng xəstəliyinin 15-20 faizi xroniki infeksion xəstəliklərdən əmələ gəlir?

img

08-08-2010 [02:29]


Avqustun 7-də Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ?Qaradağ-sement? ASC ilə birgə maliyyələşdirdiyi ?İnfeksion xəstəliklərlə mübarizədə əhalinin sanitar-gigiyenik savadlandırma və maarifləndirmə işi? layihəsi çərçivəsində Xətai rayon Əhmədli qəsəbəsi N.Tusi küçəsində yerləşən ?Şərur? kafesində sakinlərlə söhbət-tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi sədrinin müavini Elman Cəfərli 3 ay davam etməsi nəzərdə tutulan layihə çərçivəsində görülmüş işlərdən danışıb. Bildirib ki, layihə çərçivəsində Bakı və Xaçmaz şəhərlərində dəyirmi masalar keşirilib, əhali yoluxucu xəstəliklərlə bağlı maarifləndirilib və bu proses davam edir. E.Cəfərli deyib ki, infeksion xəstəliklərlə mübarizədə əhalinin maarifləndirilməsi üçün buklet və cib təqvimləri çapa hazırlanır. HDİM sədrinin müavini son illər yoluxucu xəstəliklərin sürətlə yayıldığını, bəşəriyyət üçün təhlükəyə çevrildiyini bildirib. Son zamanlar bütün dünyada, o cümlədən Azərbaycanda mədə-bağırsaq və parazitar xəstəliklərin kifayət qədər artdığınl deyən HDİM təmsilçisinin sözlərinə görə, bunu statistik rəqəmlər də, beynəlxalq səhiyyə qurumları da bildirirlər. Həkim-ekspert, 6 saylı şəhər poliklinikasının infeksionist həkimi Elnaz Tağıyeva bildirib ki, yoluxucu xəstəlikləri yayılmasının əsas səbəbi keyfiyyətsiz və qeyri-rasional qidalanma, genetik modifikasiya olunmuş ərzaq məhsullarından ifrat istifadə, çox və ya az qidalanma, qida məhsullarının hazırlanmasında, daşınmasında, saxlanmasında baş verən ciddi nöqsanlar, hazır yeməklərin hazırlanmasında sanitar-epidemioloji qayda və normalara əməl olunmaması və ayaqüstü ?təcili yemək?lərin (hamburger, şaurma, dönər, pizza, hot-doq) və s. istehlak olunmasıdır. Həkim-ekspert qeyd edib ki, təhlükənin önlənməsi üşün gənclər arasında yoluxucu xəstəliklər barədə maarifləndirmə işlərinin və profilaktiki tədbirlərin görülməli, ictimaiyyət infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasına və azaldılmasına cəlb olunmalı, orta və ali məktəblərdə və digər ictimai kompakt yerlərdə, epidemik riskli iş yerlərində maarifləndirmə işlərinin aparılmalı, Bakıda və infeksion xəstəliklərin yayılma riski böyük olan regionlarda ictimai savadlandırma tədbirlərinin keçirilməlidir. Araşdırmaçı-jurnalist Bəxtiyar Şahverdiyev infeksion xəstəliklərin yayılmasının artıq təhlükəli hal olduğunu bildirib. Onun sözlərinə görə, heyvan mənşəli qidalardan və ?təcili yemək?lərdən çox istifadə bağırsaqların işinin ləngiməsinə, nəticədə toksinlərlə zəngin qidanın orqanizmdə uzun müddət qalmasına və beləliklə də disbakteriozə və qara ciyərin fəaliyyətinin pozulmasına gətirib çıxarır. Bir neçə dəqiqəyə odda hazırlanan dönərləri əhali, ən çox isə gənclər (məktəblilər və tələbələr istehlakçılar arasında üstünlük təşkil edir) alırlar. Çox vaxt onlar bunun sağlamlığa zərərli olduğunun fərqinə varmayaraq istehlak edirlər. 290 saylı məktəbin müəllimi Mirəli Mirsucayevin fikrincə, infeksiya və epidemiyalar bütün bəşəriyyət üçün təhlükəlidir və böyük dövlətlər artıq ciddi tədbirlər görməlidir. M.Mirşucayev yoluxucu xəstəliklərlə bağlı statistikanın dəhşətli olduğunu bildirdi: ?Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünya üzrə xərçəng xəstəliyinin 15-20 faizi məhz xroniki infeksion xəstəliklər olan "C" və "B" hepatiti nəticəsində əmələ gəlir. İstehlakçı hüquqlarının çox zaman pozulduğunu diqqətə çatdıran M.Mirsucayev əhalinin yararsız ət və digər ərzaq məhsulları satan işbazlarla mübarizədə fəal olmasını vacib sayıb. İnfeksion xəstəliklərin əsasən Azərbaycanın iri şəhərlərində ictimai nəqliyyatda, təhsil müəssisələrində, iri istehsal, ictimai-iaşə müəssisələrində (kafe və restoranlar) və sənaye obyektlərində yayıldığını deyən HDİM sədrinin müavini Elman Cəfərli bildirib ki, xəstəliklərin yayılmasının əsas səbəbi düzgün qidalanmama, sanitar-gigiyenik qaydalara əməl olunmamadır. HDİM nümayəndəsi deyib ki, infeksion xəstəliklərin yayılmasınn qarşını almaq üşün kafe və restoranlarda sanitar-gigiyenik qaydalara əməl olunmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA