Abdulla Abdullayev: ?Abdolbari Gözəlin iddiasını anlamaq olmur?

img

07-08-2010 [11:04]


A.M.A.Y. Şirkətlər Qrupu ilə ?Azərsun-Holdinq? arasındakı gərginlik davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə müsahibə verən A.M.A.Y. Şirkətlər Qrupunun rəhbəri Abdulla Abdullayev bəzi mətləblərə aydınlıq gətirib. [b]- Abdulla müəllim, ?Azərsun-Holdinq?in prezidenti Abdolbari Gözəl Sizi mətbuatda hay-küy salmaqda ittiham edir. Bu barədə nə deyə bilərsiniz?[/b] - Bu suala cavab verməzdən öncə bir sıra qəzetlərdə ?A.Gözəl A.M.A.Y prezidentini aşağıladı? kimi başlıqlı yazılara münasibət bildirmək istəyirəm. Mən öncəki müsahibələrimdə də rica etmişdim ki, jurnalistlər ən azı jurnalist adına hörmət etsinlər. Amma görünür, xahişimiz təsirsiz olub və fikrimcə, belələri sadəcə, jurnalist adlanmağı belə haqq etmirlər. Əgər belələri svadsızlıqdan və ya bilərəkdən məni təhqir etmək istəyirlərsə, bilsinlər ki, heç kəsə məni təhqir etmək, alçaltmaq imkanı və ya səbəbi verməmişəm, o ki qaldı Abdolbari Gözəl ola. A.Gözəl mətbuata açıqlamasında məni boşuna hay-küy salmaqda ittiham edir. Mən azərbaycanlıyam, Azərbaycan vətənimdir, bu ölkənin vətəndaşıyam. Ona görə də, A.Gözəllə bu məsələyə aydınlıq gətirmək istəmirəm. Amma o, dünyanın hansı ölkəsində olursa-olsun - bilmirəm onun məmləkəti haradır, İrandır, Türkiyədir - hətta məmləkətinə gedib ona kimin boş, kimin dolu danışmasını başa salmağa cəsarətim var. Bəzi holdinq sahibləri boşuna danışmağa bəlkə də öyrəşiblər, amma bizlər boşuna danışmarıq, danışdığımız sözün məsuliyyətini hiss edirik. A.Gözəl düz deyir ki, müştəri vəli-nemətdir. Çünki yüzlərlə insanın əmlakını dəyər-dəyməzinə əllərindən alanlara müştəri ?vəli-nemətdir?. A.Gözəl deyir ki, kredit üçün biz müraciət etmişik. Bu şəxs holdinq sahibi olsa da, proseduru bilmir. Ona izah edirəm ki, bütün prosedurların ilkin forması məktubdan başlar. [b]- A.Gözəl banklararası kreditin 24 faizlə götürüldüyünü bildirir?[/b] - O, Sənaye Bankdan 24 faizlə banklararası kredit götürdüyümüzü deyir. Amma unudur ki, ilkin faiz müqaviləsi 24 faiz yox, 14,5 faiz olub. Bunu təsdiq edən müqavilə var ki, kredit müddəti cəmi 1 aylıqdır və üzürlü səbəbdən prosesə nəzarət edə bilmədiyim üçün ?Birlikbank? rəhbərliyi mənə məruzə etmədən, səhv edərək belə az müddətli kreditə imza atıb. Bax, belə hallar üçün müştəri ?Azərsun-Holdinq? üçün ?vəli-nemətdir?. A.Gözələ vəsaitlərin geri qaytarılmasını xatırladıram ki, bir kəlmə sözə əlavə olaraq kreditin həcmini dəfələrlə üstələyən girov qoydum. Hər dəfə kredit vəsaitləri banka qaytarılanda Sənaye Bankın rəhbərliyi girovları geri qaytaracağına dəfələrlə söz versə də, girovlar qaytarılmadı. Qaytarılmaması bir yana, Sənaye Bank məhkəmə iddiası ilə əmlakımızı mənimsəmək cəhdinə əl atdı. [b]- Qarşı tərəfdən o da bildirilir ki, ?Azərsun? canyandıran yox, qanverən şirkətdir?[/b] - Abdolbari Gözəlin bu iddiasını anlamaq olmur. Bu millətin dədəsi, babası, tarixi, kökü məlumdur və bu millətin qanına nə gəlib ki, ?Azərsun? ona qan verə? Bu millətin qana ehtiyacı yoxdur, əksinə, çoxlarına qan verərək, onları ayaq üstə saxlayıb, cəmiyyətə tanıdıb. Bizim də xaricdə şirkətlərimiz fəaliyyət göstərir, amma ora qan vermək üçün yox, sadəcə, pul qazanmaq üçün gedirik. [b]- Girovların qaytarılması məsələsi nə yerdədir?[/b] - Sənaye Bank rəhbərliyi bir müddət əvvəl mətbuata açıqlamasında problemi müzakirələr vasitəsi ilə həll etməyin mümkünlüyünü bildirmişdi. Bu müzakirələrə adamlar göndərdik, amma nəticə alınmadı. Bu məsələnin həllinə hətta Türk İşadamları Birliyinin başçısı Yavuz Keleş də qoşuldu, amma müsbət nəticə olmadı. İndi isə A.Gözəl mətbuata açıqlama verərək məsələnin müzakirələr vasitəsi ilə həllinə ümid etdiyini bildirir. Üç ildir ki, müzakirələr gedir, bundan sonra onunla nəyi müzakirə edək? Mən sonda oxuculardan üzr istəyərək bundan öncəki müsahibəmdəki yanlışlığa aydınlıq gətirmək istəyirəm. Həmin müsahibədə Sənaye Bankdan 6.320 min dollar kredit götürüldüyünü, qaytarılanda kreditin 5.936 min dollar olduğunu, əsas kreditdən 384 min dollar, faizlərlə birgə isə 1.405 min dollar borc qaldığını demişdim. Həqiqətdə isə götürülən 6.812 dollar, qaytarılan vəsait 6.890 min dollar olub. Faktiki bütün kreditdən əlavə 70 min dollardan artıq vəsait ödənilib. Bundan sonra Sənayə Bank 1.750 min dollar borc qaldığını iddia edir. Mənim səhv açıqlamamın iki səbəbi olub. Birincisi, götürülən kreditin müəyyən hissəsi xarici ölkədə ödənilib. İkincisi, Sənaye Bankı hər dəfə ödənilən vəsaitlər barədə hesabat verməyib. Onun üçün də indiyə kimi nə qədər qalıq qalması barədə əlimizdə hər hansı bir rəsmi sənəd yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA