Təhlükəli yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır - Səhiyyə Nazirliyi

img

21-08-2017 [11:44]


"Azərbaycanda təhlükəli yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır".

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib. O bildirib ki, bu gün yoluxucu xəstəliklərlə bağlı kəskin bir hal yoxdur və vəziyyət stabildir.

R. İsmayılovanın sözlərinə görə, ölkədə vəba infeksiyasına qarşı da monitorinqlər aparılır və hələ ki bu infeksiya qeydə alınmayıb: "Monitorinqlər may ayından başlayıb və oktyabrın sonuna kimi davam edəcək. Ötən 1-2 ay ərzində stansiyaya kəskin respirator viruslarla bağlı hər hansı nümunə daxil olmayıb. Virus infeksiyaları üçün hazırda mövsüm deyil. Belə hallar daha çox qış mövsümündə qeydə alınır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA