Kamaləddin Heydərov dazqın zonasında müzavirə keçirib

img

07-08-2010 [12:54]


Avqustun 6-da Saatlı Rayon İcra Hakimiyyətinin binasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə Saatlı, İmişli və Sabirabad rayonları icra hakimiyyətlərinin müvafiq strukturlarının, nazirliyin sifarişçi təşkilatının və 12 podratçı təşkilatın nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə su basmış bütün rayonlarda yaşayış evləri və sosial obyektlərin bərpası və yenidənqurulması ilə bağlı təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, artıq gələn həftənin bazar ertəsidən etibarən 1500-ə yaxın fərdi yaşayış evinin tikintisinin başlanılması və oktyabr ayının sonuna kimi yekunlaşdırılması, fəlakət zonasında yerləşən 20-yə yaxın məktəb binasının bərpa-gücləndirmə və təmir-tikinti işlərinin isə dərs ili başlanana qədər tamamlanması barədə müvafiq qurumlara tapşırıqlar verilib. Bundan əlavə, yaxın günlərdə bərpa-gücləndirməyə ehtiyacı olan evlərdə işlərin, habelə bəndlər arasında yerləşən və əvəzinə yeni tikiləcək evlərin köçürülməsinə başlanılması barədə də tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA