Lənkəranskinin il mərasimi keçirilir - "Qanuni oğrular" toplaşır

img

18-08-2017 [11:04]


Bu gün Türkiyədə güllələnərək qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyev) il mərasimi keçirilir.

Mia.az-ın qafqazinfo-ya istinadən xəbərinə görə, yas mərasimi mərhumun ailəsinin yaşadığı Kiçik Bazar məhəlləsində baş tutacaq. Lənkəranskinin il mərasimində bir çox tanınmış "oğru"ların iştirak edəcəyi gözlənilir. Bunun üçün də yüksək təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, Lənkəranskinin ölümü ilə bağlı Türkiyədə və Rusiyada bir neçə nəfər saxlanılıb, onun qətlində günahlandırılan bir neçə şəxsin isə Lənkəranskinin tərəfdarları tərəfindən öldürüldüyü bildirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA