Bu gün havanın temperaturu 42 dərəcəyə çatacaq

img

06-08-2010 [11:23]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gündüz 37-39, bəzi yerlərdə 41, axşam 28-30, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Avqustun 7-də hava günəşli keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 23-27, gündüz 37-39, bəzi yerlərdə 41, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Avqustun 8-də hava günəşli keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 24-27, gündüz 37-39, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Avqustun 9-da hava az buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 25-27, gündüz 37-39, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 7-də hava günəşli keçəcək. Şərq küləyi əsəcək. Gecə 19-24, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 31-36 dərəcə isti olacaq. Avqustun 8 və 9-da hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 19-24, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 30-35 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA