Putin nazir müavinini danladı: “Məsələ bu qədərmi çətindir?" + VİDEO

img

17-08-2017 [00:16]


Rusiya lideri Vladimir Putin Kremldə keçirilən toplantı zamanı Maliyyə nazirinin müavini Andrey İvanovu danlayıb.

Toplantı zamanı Kreml rəhbəri İvanovdan rublla gömrük vergisinin hesablanması barədə hansı işlərin görüldüyünü soruşub.

Nazir müavini isə işlərin hələ də davam etdiyini və biraz çətinliklərin olduğunu bildirib.

Bu cavabı alan Putinin əsəbiləşdiyi hiss edilib: "Məsələ bu qədərmi çətindir? Problem yoxdursa, həll edin”.

Prezidentin reaksiyasını görən İvanov işlərin tez bir zamanda yekunlaşacağını bildirib/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA