579 kq olan saxlama müddəti ötmüz ərzaq məhsulları satızdan çıxarılıb

img

05-08-2010 [03:42]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən monitorinqlər keçirilib. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, həyata keçirilən monitorinqlər zamanı Bakının Binəqədi rayonunda 9-cu mikrorayon, M.Cəlal küçəsi, 34 ünvanında Qaya Bəşirova məxsus mağazada; M.Cəlal küçəsi, 137A ünvanında yerləşən ?Cavid market?də; M.Cəlal küçəsi, 51 ünvanında yerləşən ?Jalə market?də; M.Cəlal küçəsi, 1 ünvanında Səməd Süleymanova məxsus mağazada; Y.Hüseynov küçəsi, 76 ünvanında yerləşən ?Mehriban market?də; Nizami rayonunda B.Nuriyev küçəsi, 37B ünvanında yerləşən ?Ağ market?də; B.Nuriyev küçəsi, 2392-99-cu məhəllədə yerləşən ?NV market?də; A.Manafov küçəsi, 1 ünvanında yerləşən ?Könül market?də; R.Rüstəmov küçəsi, 29 ünvanında Səbirə Şükürovaya məxsus mağazada; H.Əliyev prospekti, 2 ünvanında ?Hakan Foods? MMC-yə məxsus soyuducu anbarlarda; Yasamal rayonunda İnşaatçılar prospekti, 31 ünvanında yerləşən ?Yeni Dünya? supermarketində; Xudat şəhərində Xudat-Nabran yolunda Elsevər Yarəhmədova məxsus mağazada; Kürdəmir şəhərində Bakı prospektində Şamil İsmayılova, Tahir Məmmədova və Arif İsmayılova məxsus mağazalarda; Tərtər rayonunda H.Əliyev prospektində Vasif Rüstəmova məxsus mağazada; Gəncə şəhərində Qərb küçəsi, 8 ünvanında Arzuman Məmmədova məxsus mağazada; Nəvai küçəsi, 19 ünvanında yerləşən ?Cavid market?də; Zaqatala rayonunda Yuxarı Tala kəndində Fərid Əsgərova məxsus mağazada ümumi çəkisi 579 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA