Bu məhsulların qiyməti bahalaşdı - Dövlət Komitəsindən rəsmi statistika

img

15-08-2017 [19:50]


2017-ci ilin iyul ayında iyun ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3%, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən Mia.az-a verilən məlumata görə, müqayisə olunan dövrdə bitkiçilik məhsullarının istehsalçı qiymətləri isə 0,4% ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsulları və həmçinin, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri üzrə dəyişiklik müşahidə olunmayıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,2%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3% artıb, bitkiçilik məhsullarının istehsalı isə 0,8% azalıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA