Sabahdan ali məktəblərin boz qalan yerlərinə ixtisas seçimi bazlanacaq

img

05-08-2010 [02:04]


Cari ildə ayrılmış 30457 plan yerinə 27700 abituriyent qəbul olub. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 6-da ?Abituriyent? jurnalının 6-cı sayında dərc olunacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə TQDK mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı avqustun 6-da ?Abituriyent? jurnalının 7-ci sayında dərc olunacaq. Boş qalan yerlərin sayı 2757-dir. Həmin yerlərə ixtisas seçimi avqustun 6-dan 10-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər (Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları ?Abituriyent? jurnalının 5-ci sayında dərc olunmuşdur).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA