Nazirlik bələdiyyə sədrinin müavini haqda akt tərtib etdi - 2500 cərimə

img

15-08-2017 [15:25]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Asif Ağakişiyev tərəfindən qəsəbə ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı şikayət daxil olub.
 
Mia.az nazirliyə istinadən xəbər verir ki, şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən Mehdiabad bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb:

"Əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə formalaşan məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı və daşınmadığı aşkar edilib. Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Mehdiabad bələdiyyəsinin sədr müavini Elşən Şıxəliyev barəsində protokol tərtib olunub və o inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. 

Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA