14-08-2017 [14:12]
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 12-də elan edib.
Mia.az DİM-ə istinadən xəbər verir ki, nəticələrə əsasən, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib:
"Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə 2579-dur (41.30%)".
Məlumata görə, tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 7 ali təhsil müəssisəsində 80%-dən çox, 5 ali təhsil müəssisəsində isə 50%-dən az dolmuşdur:
"Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq".
Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.
Qəbul planı, bölmələr və qruplar üzrə qəbul, dövlət və özəl ali təhsil müəssisələrinə qəbul göstəriciləri haqqında statistik məlumatlar aşağıdakı cədvəllərdə təqdim olunur:
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ (DÖVLƏT VƏ ÖZƏL) QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)
İxtisas qrupu | Qəbul planı | Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) | Qəbulolma faizi | Vakant | ||
Azərbaycan bölməsi | Rus | Bölmələr | ||||
I | 13777 | 10239 (5012) | 1138 (514) | 11377 (5526) | 82.57 | 2401 (17.43) |
II | 12860 | 9415 (1892) | 1184 (171) | 10599 (2063) | 82.42 | 2261 (17.58) |
III | 9745 | 8205 (2125) | 696 (107) | 8901 (2232) | 91.34 | 844 (8.66) |
IV | 3220 | 2615 (1229) | 228 (67) | 2843 (1296) | 88.29 | 377 (11.71) |
V | 3067 | 2316 (568) | 392 (90) | 2708 (658) | 88.29 | 359 (11.71) |
CƏMİ | 42669 | 32790 (10826) | 3638 (949) | 36428 (11775) | 85.37 | 6242 (14.63) |
DÖVLƏT ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)
İxtisas qrupu | Qəbul planı | Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) | Qəbulolma faizi | Vakant | ||
Azərbaycan bölməsi | Rus | Bölmələr | ||||
I | 12802 | 9834 (4939) | 1106 (505) | 10940 (5444) | 85.45 | 1863 (14.55) |
II | 9695 | 7838 (1832) | 1096 (168) | 8934 (2000) | 92.15 | 761 (7.85) |
III | 8015 | 6824 (2094) | 669 (106) | 7493 (2200) | 93.49 | 522 (6.51) |
IV | 2950 | 2509 (1219) | 226 (67) | 2735 (1286) | 92.71 | 215 (7.29) |
V | 2962 | 2279 (568) | 381 (90) | 2660 (658) | 89.80 | 302 (10.20) |
CƏMİ | 36424 | 29284 (10652) | 3478 (936) | 32762 (11588) | 89.94 | 3663 (10.06) |
ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)
İxtisas qrupu | Qəbul planı | Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) | Qəbulolma faizi | Vakant | ||
Azərbaycan bölməsi | Rus | Bölmələr | ||||
I | 975 | 405 (73) | 32 (9) | 437 (82) | 44.82 | 538 (55.18) |
II | 3165 | 1577 (60) | 88 (3) | 1665 (63) | 52.61 | 1500 (47.39) |
III | 1730 | 1381 (31) | 27 (1) | 1408 (32) | 81.39 | 322 (18.61) |
IV | 270 | 106 (10) | 2 (0) | 108 (10) | 40.00 | 162 (60.00) |
V | 105 | 37 (0) | 11 (0) | 48 (0) | 45.71 | 57 (54.29) |
CƏMİ | 6245 | 3506 (174) | 160 (13) | 3666 (187) | 58.70 | 2579 (41.30) |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi