Ali məktəblərdə boş qalan yerlərə ixtisas seçimi başlayır

img

14-08-2017 [11:15]


Sabahdan ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq. 

Boş qalan plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə həyata keçiriləcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisaslar "Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı "Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA