13-08-2017 [19:34]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib. Mia.az müsahibədən bir hissəni təqdim edir.
- Qüdrət bəy, son zamanlar prezidentin ünvanına bəzi tənqidlər səsləndirilir və qeyd olunur ki, dövlət başçısı niyə başqa məmurları övladlarının qanunsuz hərəkətlərinə görə vəzifəsindən azad etsə də Nail Allahverdiyevə münasibətdə belə bir addım atmadı. Sizcə, bu fikirdə olanlar nə dərəcədə haqlıdırlar?
- Əvvəla, məlum qəza zamanı ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm, Allahdan səbr diləyirəm. Yaralıların Allah şəfasını versin. Qeyd edim ki, bu məsələdə ən sərt fikir bildirənlərdən biri də Əli Kərimlidir. Bu adamdan soruşan lazımdır ki, onun özünün və övladlarının tərbiyəsində babalarının rolu nədən ibarət olub?
Əgər onun Londondakı övladlarının hərəkətlərinə görə babaları məsul tutulsa bu nə dərəcədə ədalətli olar? Maraqlıdır ki, Nailin hərəkətlərinə görə onun valideyinləri bir kənara qoyulub, düşüblər qohumlarının üstünə. Prezident də bunları bilməmiş deyil və prinsipial möqe ortaya qoyub ki,artıq hadisəni törətmiş səxs həbs olunub.
Naillə bir neçə həftə əvvəl qohum olmuş Elçin Quliyevə gəldikdə isə o bu iqtidara hörmət qazandıran kadrlardandır. Prezident onu niyə vəzifəsindən azad etməlidir ki?! Yeri gəlmişkən bir məsələyə də diqqət yetirmək lazımdır. Azərbaycanda hər il avtoqəzalarda təqribən min nəfər həlak olur. Bu qəzaların böyük bir qismi mədəni səviyyə aşağı olduğundan, sürət həddini aşmaqla özünün və başqalarının həyatına qiymət verməmək səbəbindən baş verir. Ölkədə sürücülük yaşına çatmış əhalinin on faizindən çoxu dövlət idarə, müəssiə və təşkilatlarında çaışır, amma bu qəbildən olan şəxslər və onların övladları tərəfindən törədilən qəzaların sayı 0.1% də təşkil etmir. Ona görə də təkcə məmur övladlarının üzərinə yox, problemin üstünə getmək lazımdır.
- Qaçqınların bir hissəsinin ağır durumuna görə Əli Həsənovun ittiham olunması nə dərəcədə doğrudur?
- Bu sahəyə rəhbərlik edən şəxs kimi əlbəttə onun da məsuliyyəti var. Amma təkcə o yox, bütün hökumət buna görə məsuliyyət daşıyır. Dəfələrlə büdcə müzakirələri zamanı məsələ qaldırmışam ki,hökumət üçün həlli vacib olan məsələlər nədir?! Səmərəsiz istifadə olunan idman komplekslərinin, diaqnostik mərkəzlərin, parkların, bayraq meydanlarının tikilməsi, idman yarışlarının təşkili, yoxsa 25 ildir dözülməz vəziyyətdə yaşayan insanların həyatı?! Mən hər zaman qaçqınların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri təqdir etsəm də yetərli saymamışam.
Qəzalı və antisanitar vəziyyətdə yaşayan qaçqınlar üçün dərhal mənzillər tikilməlidir. İmkan olmasa, bu başqa məsələ, amma dövlətin buna imkanları çatır.
Mehriban xanım bu məsələ ilə ciddi məşğul olur, özəl şirkətlər də Onun çağırışı ilə bu işə dəstək verməyə başlayıblar. Amma büdcədən və neft fondundan milyardlarla vəsait ayrılmasa qaçqınların əzablı həyatı davam edəcək. Bu bir insani məsələ olmaqla həm də siyasi məsələdir. Səbri tükənməkdə olan bu qəzəbli insanlardan ölkədə sabitliyi pozmaq üçün istifadə oluna bilər. Hazırda növbəti ilin büdcə layihəsi hökumətdə müzakirə olunur düşünürəm ki, həm hörmətli Mehriban xanım, həm Əli Həsənov çalışmalıdırlar ki, bu məqsədlə yetərli vəsait ayrılsın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi