Əhəd Abıyevdən səhhəti haqda xəbərə reaksiya: "İşimin başındayam"

img

12-08-2017 [12:38]


Bəzi saytlarda Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin guya səhhətində ciddi problemlər yarandığı, bu səbəbdən də, onun təcili Almaniyaya aparılması barədə məlumatlar yayılıb.

Hətta yenicag.az saytı iddia edir ki, Əhəd Abıyev bir həftədən çoxdur Almaniyada müalicə olunur.

Mia.az xəbər verir ki, reyting.az-ın əməkdaşı Ə.Abıyevlə də əlaqə saxlaya bilib. Abıyev deyib ki, hazırda Azərbaycanda, öz işinin başındadır. Yayılan məlumatları təkzib edən icra başçısı bildirib ki, Daşkəsən rayonunu tərk etməyib. Abıyev deyib ki, haqqımda yayılan yalan məlumatlara əhəmiyyət verməyin: "Səhhətim də, işlərim də qaydasındadır. Yayılan məlumatlar yalandır”.

Ə.Abıyev sonda bir daha səhhətində hər hansı problemin olmadığını diqqətə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA