Naxçıvan-Bakı qatarının hərəkət müddəti 30-32 saat təşkil edəcək - Açıqlama

img

10-08-2017 [11:49]


Naxçıvan-Bakı marşrutu ilə qatarların hərəkət müddəti 30-32 saat təşkil edəcək.

Bunu Yeni Azərbaycan Partiyasının "Azərbaycan Dəmir Yolları” QSC üzrə şöbəsinin sədri Xeyrulla Hümbətov deyib.

O həmçinin xatırladıb ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı artıq fəaliyyət göstərir:

"Astara (İran) – Rəşt dəmir yolunun tikintisi başa çatdıqdan sonra Naxçıvan-Bakı marşrutu üzrə qatar işə salınacaq. Bu, sərnişinlərin daha sürətlə daşınmasını, eləcə də 30-32 saat ərzində Muxtar Respublikadan travertin, mərmər, gips, "Badamlı” və "Sirab” mineral sularını, müxtəli kənd təsərrüfatı məhsullarını, o cümlədən meyvə və tərəvəzi paytaxta çatdırmağa imkan verəcək”.

Onun sözlərinə görə, son 2 il ərzində ölkədə 380 kilometrdən çox dəmir yol əsaslı təmir edilib: "Dəmir yolu infrastrukturunun yenilənməsi gələcəkdə sərnişin qatarlarının sürətini 100 kilometr/saata, yük qatarlarının orta sürətini 60 kimlometr/saata çatdırmağa imkan verəcək”.

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA