DİN-də növbəti kadr dəyişikliyi - Rəis və müavini işdən azad olunub

img

09-08-2017 [17:44]


DİN-də növbəti kadr dəyişikliyi olub.

Mia.az Azinforum.az-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi Albabyev Rəfael Qənbər oğlu və onun müavini Kərimzadə Azər Həmzə oğlu iki gün əvvəl tutuduqları vəzifədən azad ediliblər. 

Hələlik bununla bağlı heç bir rəsmi məlumat yayılmayıb. Azinforum.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətilə məlumatı dəqiqləşdirə bilməyib.

Hər halda, rəis və müavinin eyni anda işdən azad edilməsi bölmənin işində ciddi nöqsanların olmasından xəbər verir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA