Dünya şöhrətli alim vəsiyyət etdi: “Məni Azərbaycanda dəfn edin” - Oğlu danışdı

img

09-08-2017 [15:10]


Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Dünya şöhrətli alimin yeganə övladı Norman Zadə Azvision.az-a atasının vəziyyətinin ağır olduğunu deyib.

"Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”.

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: "Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA