“Araz” marketdə mübahisəli endirim kampaniyası? - Açıqlama/ FOTO

img

09-08-2017 [14:59]


"Araz” supermarketlər şəbəkəsində istehlakçıların saxta endirim kampaniyası ilə aldadılmasıyla bağlı məlumat yayılıb.

Marketdə endirim adı altında satılan məhsulların əslində elə köhnə qiymətlərlə satıldığı bildirilib. Belə ki, mağazanın konfetlər satılan şöbəsində "ENDİRİMLİ” "Roshen jelly” konfeti elanı yapışdırılıb. Elanda konfetin 1 kiloqramının 5,17 manat deyil, 3,97 manata satıldığı qeyd olunub. Yəni elana görə, konfetin qiymətində 1,2 manat endirim edilib. Endirim kağızını qaldırdıqda konfetin köhnə qiymətinin elə 3,97 manat olduğu aşkarlanıb.

Məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən "Araz” supermarketlər şəbəkəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin meneceri Elvin Babayev bildirib ki, sözügedən konfetin qiyməti avqustun 7-dən sonra yeni barkodla vitrinə də vurulub: "Araz supermarketlər şəbəkəsi 7-23 avqust tarixlərində bəzi məhsullarda endirim aksiyası həyata keçirir. Bu aksiya ilə əlaqədar satışda olan "Roshen jelli” karamellərinin qiyməti 3.97 manata endirilib.

Qeyd edim ki, 06.08.2017-ci il tarixinə kimi bu məhsul 5.17 manata satılıb. Şəkildə göstərilən endirim kağızı bütün endirimli məhsulların üzərinə vurulur. Qeyd olunan məhsul çəki ilə satıldığına görə məhsulun üzərində yeni barkodla qiymət etiketi qeyd olunmalıdır. Çünki məhsulun satışı zamanı çəkiyə görə məhsulun yeni qiyməti barkod daxil edilərək müəyyən edilir. Barkodun çap olunma tarixi 07.08.2017-ci il qeyd olunub. Məhsulun endirimə düşdüyü gün yeni barkodla qiymət vitrinə də qeyd olunub”.

BakuPost



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA