Tanınmız jurnalistlərdən KiV Fonduna etiraz

img

04-08-2010 [01:11]


Milli Mətbuatın 135 illiyi ilə bağlı keçirilən tədbirlərdən sonra yaranan narazılıq hələ də davam edir. Gülüstan Sarayında keçirilən tədbirə əksər tanınmış qələm sahiblərinin çağırılmaması isə daha qəbul olunmazdır. Belə ki, sözügedən tədbirə QHT rəhbərləri, siyasi və ictimai qurum yetkililəri çağırıldığı halda, uzun illərdən bəri mətbuatda zəhməti olan media mənsubları isə dəvət olunmadılar. Qeyd edək ki, tədbirə dəvətnamələri KİV İnkişafına Dövlət Dəstəyi Fondu paylayıb. Həmin jurnalistlərdən biri də ?Bizim yol? qəzetinin əməkdaşı Natiq Cavadlıdır. N.Cavadlının düşüncələri bir qədər fərqlidir. O, tədbirə getmək istəmədiyini və bunun ona lazım omadığını vurğulayıb: ?Jurnalistlərə təzyiq göstərməsinlər. Mükafatları da, tərifləri də, dəvətləri də lazım deyil. Kimlərisə çağırıb ora konsert verirlər, uşaq başı aldadırlar. ?Azadlıq? qəzetini nəşriyyata buraxmırlar deyirlər ki, ayrılan 20 min manatı verin nəşriyyata, gəlin oturun. Bunların hörməti ancaq bu qədərdir. Başqa nə ola bilər ki?!?. Tədbirin keçirilməsilə maraqlanmadığını deyən N.Cavadlı bildirib ki, bu cür tədbirlər onun üçün maraqlı deyil: ?Gedib orda kiməsə qulaq asmaq nəyə lazımdır? Əflatun Amaşov danışır. Bu insan başqa vaxt mənə müsahibə vermir. Axı, mən o tədbirə gedib ondan nə öyrənə bilərəm ki?! Hansı ki, bu insan indiyə qədər özü üç cümlə yazmayıb?. ?Azadlıq? qəzetinin köşə yazarı Elnur Astanbəyli də uzun illərdir mətbuatda olsa da, sözügedən tədbirə dəvət almayanlar sırasındadır. Bu tədbiri Azərbaycan mətbuatı tarixində biabırçı bir gün kimi qiymətləndirən Elnur Astanbəyli mətbuatın mənəviyyat hadisəsinə çevrilməli olduğu bu günün bir maddiyyat hadisəsinə çevrildiyini söyləyib: ?Jurnalistlərə ev, pul mükafatları, fəxri adlar vermək adı altında Azərbaycan mətbuatının namusu ilə oynanıldı. Hakimiyyət azad mətbuatın olan qalan nümayəndələrinin ağızlarını yummaq üçün öz səxavət kisəsinin ağzını açdı və çox təəssüf ki, böyük çoxluqlar bu oyuna getdilər. Şəxsən o tədbirdə iştirak etmədiyimə və dəvət olunmadığıma görə çox məmnunam. Bu tədbirdə iştirak edib satılmış mətbuatın simalarıyla bir yerdə dayanmalı olacaqdım. Ona görə də belə tədbirlərdə iştirak etməməkdən məmnun olmaq lazımdır. Keçirilən tədbiri mətbuat adına çox böyük iyrənclik adlandıran E.Astanbəyli bildirdi ki: ?Tədbirdə iştirak edənlər arasında jurnalist vicdanına şübhə etmədiyimiz və yaxud etməməli olduğumuz insanlar da var idi. Amma çox təəssüf ki, 22 iyulda paylanan mükafatlardan imtina edəcək cəsarətli bir jurnalist və ya baş redaktor ortaya çıxmadı. Hər kəs öz payına qane oldu. Biz ilin 364 günü qan qusmaq üçün ilin bir günü getdik, mükafatları alıb rahatca cibimizə qoyduq. Üstündən çox keçmədi iki gənc jurnalisti döydülər, ?Azadlıq? qəzetinin çapına mane oldular. Əgər Azərbaycanda bir jurnalist, bir media orqanı 22 iyuldakı biabırçığı etiraf edəcək cəsarəti özündə tapmadısa, verilən və nəyinsə bədəli olan titullardan imtina etməyə gücü çatmadısa, onda Azərbaycanda müstəqil mətbuat varmı, yoxmu, deyə düşünməyə dəyər.? E.Astanbəyli onu da qeyd edib ki, Azərbaycanda mətbuatının nə qədər qayğı, diqqət altında olmasını göstərmək üçün hakimiyyət bu görüntünü yaratdı: ?Təəssüfki adını müstəqil qoyan media kapitanları hamısı buna alət oldular. Bunun özü də Azərbaycanda mətbuat adına çox böyük çirkinlik, çox böyük iyrənclikdir?. Tanınmış köşə yazarı Qan Turalının mövqeyi daha sərt olub: ?Azərbaycanda sovet görsənişləri davam edir. Bunlar anlamırlar ki, jurnalistərə fəxri ad vermək avtoritar rejimlərə xasdır. Yalnız avtoritar rejimlərdə dövlət jurnalistlərə mükafat verə bilər. Eləcə də ev. Eləcə də qəzetlərə yardım. Dövlətin birbaşa qəzetlərə yardımı da avtotirar görsənişdir. Misal üçün Fransda böhran zamanı prezident sərəncam imzaladı ki, 16 yaşına çatmış hər bir Fransa vətəndaşı istədiyi qəzetə pulunu dövlət ödəməsi şərti ilə abunə yazıla bilər. Bu da qəzetlər arasındakı rəqabəti gücləndirdi. Söhbət 50 milyonluq bazardan gedir. Mətbuata real yardım bax budur. Dövlətin mətbuatla problemlərini həll edən qurumlar isə (dövlətin mahiyyətinə uyğun olaraq) korrupsiyaya bulaşmış şəxslərdir. Nə Vüqar Səfərli, nə də Əflatun Amaşov medianın inkişafında maraqlı deyillər. Onlar yalnız medianın tam satılmasında, dövlətləşdirilməsində maraqlıdırlar. Onların apardıqları siyasət (bu direktivlərlə olub) məhz bunu göstərir. Məhz bunun nəticəsində qəzetlərin tirajı 20-30 dəfə aşağı düşüb. Bu, mətbuatı bitirmə planıdır. Mən çarəni qəzetlərin radikallaşmasında görürəm. Başqa çarəmiz yoxdur?. Aysel FƏRZİYEVA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA