09-08-2017 [10:26]
Kino tariximizdə Babək, Nəsimi kimi tarixi obrazlarla yadda qalan xalq artisti Rasim Balayev ad günü ilə bağlı Modern.az saytına açıqlama verib.
69 yaşı tamam olan aktyor özəl gününü ailəsi ilə keçirdiyini qeyd edib: "Yuvarlaq illərdə beş-on dostumu çağırıram, yeyib-içirik, sağlıqlar deyirik. Amma ümumi ad günümü evdə ailəm, övladlarımla birlikdə qeyd edirəm. Bu il də belə olacaq. 69 yaşındakı düşüncə tərzim, ağlımla deyə bilərəm ki, 25-30 yaşlar daha yaxşı idi. Həmin vaxtlarda təbii ki, mənim üçün unudulmaz anlar olub. Üzr istəyirəm, çox da ağıldan kəm adam olmamışam. Amma həyat təcrübəsi, müəyyən illər insana nələrsə verir. Əlbəttə, bu qədər zamanda itirdiklərimiz də olur. Qurban olduğum, bizi yaradan nəsə verməklə yanaşı, həm də alır. Saç tökülür, qocalırıq. Amma ağıl, kamal, dünyagörüşü, aldığımız ibrətlər illərin bizə qazandırdığıdır. İndiki yaş dövrünün düşüncəsi o vaxt olsaydı, daha yaxşı olardı”.
R.Balayev söhbət zamanı səhhətindən də söz açıb: "Şükür ki, ciddi xəstəliyim yoxdur. Amma osteoxondroz deyilən xəstəlik var. Yəni onurğa ilə əlaqədar problemlər olur. Bir də görürsən ki, ayaqlarımda ağrı yaranır, yaxşı yeriyə bilmirəm. Mütəmadi olaraq müalicəyə, fizioterapiyaya gedirəm. Bu da cavanlıqda yaranan fəsadlarla əlaqəlidir. Mən bir neçə filmlərdə ata minib, yıxılmışam. O vaxt cavan idim, bir az ağrayandan sonra keçib gedirdi. Amma bu fəsadlar indi üzə çıxır”.
Xalq artisti bildirib ki, yaradıcılığı durğunluq dövründədir və hazırda evdə istirahət edir: "İndi evdə istirahət edirəm. Havalar isti olduğu üçün bir az çətindir. Yaradıcılıq isə sıfırdır. Çünki mən istədiyim filmlər yoxdur. Ona görə günlər boşuna gedir. Filmlərə, seriallara dəvət olsa da, hamısı səviyyəsizdir.
İndiki filmləri arabir izləyirəm. Filmlərimizdə mən istədiyim səviyyə yoxdur. Tamaşaçının doğurdan sevdiyi filmlər çəkilmir. İki dənə meymunçuluq edən adamlar var. O da səviyyəsiz tamaşaçılara hesablanıb. Guya bunlar adamları güldürürlər. Amma özlərini gülünc vəziyyətə salırlar. Adamın yazığı gəlir ki, insan da insanı güldürmək üçün özünü belə rəzil vəziyyətə salarmı?!... Həmin adamlara aktyor demirəm və onlara yazığım gəlir”.
Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi