İcra başçısının rəsmi nümayəndəsi 2 min cərimələndi - Səbəb + FOTO

img

08-08-2017 [16:30]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Şüvəlan qəsəbəsinin "Mayak”  çimərliyində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan siqnal Nazirliyinəməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Mia.az ETSN-ə istinadən xəbər verir ki,  sözügedən əraziyə məişət tullantılarının atılması nəticəsində qanunsuz zibilxana yaranıb:

"Faktla bağlı protokol tərtib olunub, Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə icra nümayəndəsi Mirzərauf Axundov inzibati qaydada 2000 manat məbləğində cərimə edilib. Ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi üçün Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA