"Bank Silk Way"in idarəetmə orqanında dəyişiklik - Yeni təyinatlar

img

08-08-2017 [14:12]


"Bank Silk Way"in idarəetmə orqanında dəyişiklik olub.

Trend-in məlumatına görə, Səhmdarların Ümumi Yığıncağının 7 avqust tarixli qərarına əsasən, "Bank Silk Vey” ASC-nin idarəetmə orqanlarında dəyişiklik olub.

İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədov Müşahidə Şurasının sədri, İdarə Heyətinin üzvü - sədrin müavini Mahir Əvəz oğlu Əhmədov isə - İdarə Heyətinin sədri vəzifəsinə təyin ediliblər.

E.Əhmədov 8 fevral 1982-ci ildə Bakı şəhərində anadan olub. 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini bakalavr, 2005-ci ildə isə magistr dərəcəsi ilə bitirib. Bir çox tanınmış şirkətlərdə məsul və rəhbər vəzifələrdə işləyən E.Əhmədov 2009-cu ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, 2012-ci ildən "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alaraq bu günədək icra edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA