Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

08-08-2017 [12:24]


Avqustun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. 

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah zəif cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-28° isti, gündüz  37-42° isti, Bakıda gecə  26-28° isti, gündüz  39-41° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  35-45 % olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  29-30°, Türkan, Hövsan, Sahil, Şıxda  30-31° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Qərb küləyi  axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 38-43° isti, dağlarda gecə 16-21°, gündüz  29-34° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA