Kəskin istilər davam edəcək, Bakıda 40-41, bəzi rayonlarda 42 dərəcə isti olacaq

img

04-08-2010 [11:21]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar bürosundan verilən məlumata görə, paytaxtda və yarımadada cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 37-40?, axşam 28-31?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30? olacaq. Avqustun 5-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-26?, gündüz 37-40?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30? təşkil edəcək. Avqustun 6-da da günəşli hava davam edəcək. Şimal, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27?, gündüz 36-39?, bəzi yerlərdə 41? olacaq. Azərbaycanın rayonlarında sabah şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23?, gündüz 37-40?, bəzi yerlərdə 42?, dağlarda gecə 15-20?, gündüz 29-34? olacaq. Avqustun 6-7-də günəşli hava günəşli olsada, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24?, gündüz 37-40?, bəzi yerlərdə 42?, dağlarda gecə 16-21?, gündüz 30-35? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA