Ermənilər kəndimizi atəşə tutdular -13 yaşlı uşaq yaralandı (FOTOLAR)

img

07-08-2017 [23:09]


Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.

Mia.az reporta istinadən xəbər verir ki, hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb.

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA