Xaricdə təhsil alan Azərbaycanlı tələbələr bir yerə toplazır

img

03-08-2010 [01:14]


20-21 avqust 2010-cu il tarixlərində "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu" keçiriləcəkdir. Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil ediləcəkdir. Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələrlə bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışma əzmlərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini təşkil etməkdir. Forumun birinci günü rəsmi hissə (çıxışlar, məruzələr, plenar iclas və qrupda müzakirələr), ikinci günü isə Azərbaycanın gözəl guşələrindən olan Qəbələyə səyahətdən ibarət olacaq. İştirak etmək istəyənlər iştirak üçün zəruri məlumatı 17 avqust 2010-cu il tarixindən gec olmayaraq azforum2010@gmail.com ünvanına göndərə bilərlər. Qeyd: Forumda iştirak etmək üçün, xaricdə təhsil almaq və ya məzun olmaq şərtdir. Forumun bütün xərcləri təşkilat komitəsi tərəfindən qarşılanacaqdır. Zəruri məlumat: Ad, Soyad, Ata adı, təhsil aldığı ölkə, şəhər və təhsil müəssisəsinin adı, fakultə, kurs.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA