07-08-2017 [11:07]
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun 23 yaşlı nəvəsi Nail Allahverdiyevin ötən həftə törətdiyi dəhşətli avtoqəzadan sonra məmurlar və onların ailə üzvləri mövzusu yenidən bir nömrəli ictimai müzakirə mövzusuna çevrilib.
Çünki bu, adi, ehtiyatsızlıqdan törədilmiş avtomobil qəzası deyildi və yüksək vəzifəli məmurun orta məktəb skamyasının arxasından duran kimi sürətlə milyonçuya çevrilən, çoxsaylı superkarlardan ibarət kolleksiyaya malik olan ailə üzvünün başgicəlləndirici sərvətin təsiri ilə harınlamasından doğan hadisə idi.
Mətbuat növbəti dəfə yüksək vəzifəli məmurun ailə üzvlərinin dəbdəbəli həyat tərzini nümayiş etdirmək üçün uzağa gedəsi olmayıb. Çünki digər məmur övladları kimi Nail Allahverdiyev də özünün dəbdəbəli həyat tərzini sosial şəbəkələrdə geniş reklam edirdi. Və bu gəncin İnstagram, Facebook hesablarında onun ümumi dəyəri milyonlarla hesablana biləcək çoxsaylı avtomobillərdən ibarət kolleksiyasına dair çoxsaylı fotolar yer alırdı.
Həmin fotolara əsasən bu gəncin kolleksiyasında son vaxtlar Bakı "avtoş”ları arasında dəbdə olan "Niva”dan tutmuş (sovet avtomobil sənayesinin bu məşhur yolsuzluq modelinin konstuksyasında müəyyən dəyişiklik edən avtoxuliqanların Bakı küçələrində onunla hansı təhlükəli manevrlər etməsinə dair çoxsaylı görüntülərə internetdə rast gəlmək olar ) "Bentley”ə qədər ən müxtəlif modellərdən avtomobillər var. Üstəlik bel məlum olur ki, nəvə bəzən eyni modeldən ağ və qara rəngli iki avtomobilə malikdir.
Məsələn, onun kolleksiyasında ötən həftə qəzada darmadağın olan və yanan 10 PP 203 dövlət nömrə nişanlı, qara rəngli, tüninq olunmuş "Mercedes Gelandewagen”lə yanaşı eyni modeldən, 10 HH 203 dövlət nömrə nişanlı ağ avtomobil də var. Lakin sosial şəbəkələrdə yayılan görüntülərə əsasən həmin ağ rəngli, 10 HH 203 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen” də nə vaxtsa qəzaya uğrayıb, arxası üstə aşıb. Görünür nəvə arxası üstə aşan həmin avtomobili daha sürmək istəməyib və biz kadrlarda onun kolleksiyasında ağ rəngli, bu dəfə 10 VV 003 dövlət nömrə nişanlı başqa "Mercedes Gelandewagen” görürük.
Yaxud gənc milyonçu tünd qara rəngli, 10 YY 203 dövlət nömrə nişanlı "Porshe Cayanne” avtomobilinə malikdir. Lakin bu, nəvəyə həmin modeldən, bu dəfə 10 MM 203 dövlət nömrə nişanlı, ağ rəngli ikinci avtomobilə də sahib olmağa maneə yaratmayıb.
Eləcə də biz nəvənin kolleksiyasında dövlət nömrə nişanı 10 VV 203 olan "Audi Q7” markalı cipi görürük. Həmin kadrda Nail Allahverdiyev 99 AL 398 nömrə nişanlı "Bentley” avtomobilinin sükanı arxasındadır. Yaxud kadrlara əsasən nəvənin kolleksiyasında 10 00 014 dövlət nömrə nişanlı "Mercedes McLaren” sürət avtomobilini və 10 OO 203 dövlət nömrə nişanlı "Niva”nı da görə bilərik.
Başqa sözlə, fotolar da təsdiq edir ki, "203” Nail Allahverdiyev tərəfindən "özəlləşdirilib” və nəvənin kolleksiyasındakı avtomobillərin əksəriyyətinin dövlət nömrə nişanı həmin rəqəmlə bitir.
Törətdiyi əmələ görə artıq həbs edilmiş Nail Allahverdiyevin kolleksiyasındakı bu avtomobillərə xərclənən sərvət haradandır?
Bu suala cavab tapmaq üçün çox baş sındırmağa ehtiyac yoxdur, qaçqın və məcburi köçkünlərin ehtiyacı üçün büdcədən ayrılan vəsaitlərin necə xərclənməsinə nəzər salmaq kifayət edər…
Babası Baş nazirin müavini olmayan hansı gənc belə maşın kolleksiyası toplaya bilər?!











Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi