Azərbaycanın hərbi gəmisi hədəfə atəş açdı - Fotolar

img

06-08-2017 [16:49]


"Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müsabiqənin şərtlərinə görə döyüş atışları 3,5 kilometr məsafədən icra olunub və tapşırıqların yerinə yetirilməsi faktı beynəlxalq hakimlər briqadası tərəfindən təsdiq edilib.

Tapşırığın icrasına görə yekun nəticə atışlar zamanı dəniz poliqonunda müəyyən edilmiş məsafəni qət edərkən hər bir gəminin sürəti nəzərə alınmaqla bazar ertəsi hakimlər tərəfindən müəyyən ediləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA