Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

06-08-2017 [12:52]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, zəif şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 23-26° isti, gündüz  34-39° isti, Bakıda gecə  24-26° isti, gündüz  36-38° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  30-40 % olacaq.  Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,  Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, avqustun 7-də hava şəraitinin yağmursuz olacağı, zəif şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə  21-26°, gündüz  35-40° isti, dağlarda gecə 15-20°, gündüz  28-33° isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA