BMT-dən Şimali Koreyaya qarşı sərt qərar - Bu ölkədən mal alan ölkələrə 30 gün vaxt verildi

img

06-08-2017 [00:55]


BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ardıcıl nüvə sınaqlarına sərt cavab verib. 

Belə ki, az əvvəl BMT Təhlükəsizlik Şurasına daxil olan 5 daimi, 9 isə müvəqqəti üzv ölkələrin iştirakı ilə rəsmi Pxenyana qarşı sərt iqtisadi sanksiya layihəsi səs çoxluğu ilə qəbul edilib.

Mia.az xəbər verir ki, sanksiya layihəsinə əsasən, rəsmi Pxenyanla əməkdaşlıq edən ölkə və şirkətlərə 30 gün müddət verilib:

"Həmin ölkələr və onların şirkətləri 30 gün ərzində Şimali Koreya və onun müəssisələri ilə bağladıqları bütün iqtisadi müqavilələri yekunlaşdırmalı və orada olan bütün mal-mülklərini, bu qərara qədər aldıqları məhsulları çıxarmalıdır. 

Bundan başqa, yeni qərara əsasən, bundan sonra həmin ölkədən dəmir, kömür və bu kimi sənaye məhsulları ilə bərabər, kənd təsərrüfatı və dəniz məhsullarının alınması da qadağan edillib". 

BMT-nin bu qərarına rəsmi Pxenyanın necə reaksiya verəcəyi hələlik bilinmir. 

Xatırladaq ki, bu layihənin müəllifi ABŞ-dır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA