Prezident İlham Əliyev Natiq Əmirova yeni vəzifə verdi - Sərəncam

img

05-08-2017 [21:08]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyində dəyişiklik edib.

Mia.az xəbər verir ki, bununla bağlı verilən sərəncama əsasən, prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov ARDNF-nin Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub. 

Natiq Əmirov Vahid Axundovu əvəzləyib.

Qeyd edək ki, Fondun Müşahidə Şurasının sədri baş nazir Artur Rəsizadədir. Şuranın digər üzvləri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Sahin Mustafayev, Mərkəzi Bankının sədri Elman Rustamovdur.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA