Nəqliyyat nazirləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini müzakirə edirlər

img

03-08-2010 [11:41]


Avqustun 3-də isə Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının 2-ci iclası keçirilir. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan Respublikasının regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvilinin başçılığı ilə Gürcüstan nümayəndə heyəti, eləcə də Türkiyə Cümhuriyyətinin nəqliyyat naziri cənab Binali Yıldırımın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti də iştirak edir. Əlaqələndirmə Şurasının 2-ci iclasında Qars-Axalkalaki sahəsində tikinti işlərinin gedişi, Türkiyə-Gürcüstan sərhədində tunelin layihələndirilməsi və tikinti işlərinin gedişi, 1520 mm izli vaqonların Türkiyə dəmir yollarındakı qabarit keçidlərinə uyğun texniki parametrlər üzrə görülmüş işlər, Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) dəmir yolunun tikintisi zamanı yerüstü işlərin aparılmasında SNİP standartlarından istifadə edilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA