05-08-2017 [15:19]
Məmur övladlarının harınlığı bardədə mövzu yenidən gündəmi zəbt edib. Bir neçə gündür media bahalı avtomobilləri ilə yollarda "meydan sulayan” bu gənclərin qanunsuz hərəkətləri ilə bağlı informasiya, yazı və şərhlər yayımlamaqdadır.
Axı o məmurlar övladlarının qarşısını niyə ala bilmir, özləri haqda mənfi ictmai rəy formalaşmasına niyə şərait yaradırlar? Niyə cəmiyyətdə "məmur övladıdırsa, mütləq harınlamış, kobud və arxayın biridir” düşüncəsi hakim olmalıdır?
Maraqlıdır, məmur övladlarının psixologiyası necə formalaşır? Niyə məhz onların adı pis hadisələrdə hallanır?
Tanınmış psixoloq Elnur Rüstəmov Modern.az-a deyib ki, "məmur övladları” adı altında qeyd olunan bütün ümumiləşdirmələr yanlışdır:
"Ümumiləşdirmə
aparanda diqqətli olmaq lazımdır. Yəni iki-üç nəfərə görə ümumi rəy
çıxarmaq olmaz. Belə mənfi hallar həkim övladlarında da ola bilər,
müəllim övladlarında da və ya başqa ixtisas sahiblərində. Məsələ
burasındadır ki, mənfi tipli məlumatlarda məmur övladlarının adının
hallanması həm onlar üçün, həm də məmur üçün xoşagəlməz haldır.
Əlbəttə, həmin şəxslər son dərəcədə diqqətli olmalıdır. Çünki cənab
prezident dəfələrlə qeyd edib ki, hər bir məmur və onun ailəsi cəmiyyət
üçün örnəkdir. Bu istiqamətdə də kəskin tədbirlər görülür. Son üç ilə
nəzər salsaq, bir sıra məmurların məhz övladlarına görə tutduğu
vəzifədən azad olunduğunu görə bilərik”.
"Bu uşaqlar niyə bu addımı atırlar?..”
Psixoloq bildirib ki, məmurlar da övladlarını tərbiyə edərkən müəyyən məqamlara fikir verməli və daha diqqətli olmalıdırlar:
"Dədə-babadan belə bir yanaşma tərzi var. Uşağın tərbiyəsində üç məqama diqqət yetirmək lazımdır: uşağın cibində nə qədər pul var? asudə vaxtını necə keçirir? ətrafındakı dostları kimdir? Bu üç kriteriya qorunmalıdır. Bunlar fərqli məsələdir. Düzdür, ictimai müzakirəyə çıxarılır və hər kəs bu haqda fikir bildirir. Bilən də, bilməyən də, haqqı olan da, olmayan da danışır. Münasibət bildirən insanlar düz etmir demirik, sadəcə ümumiləşdirmələr aparmaq yanlışdır. Bunu ictimailəşdirməliyik ki, digərləri bundan nəticə çıxarsın və bu cür addıma yol verməsinlər. Məsələ ictimailəşəndə digər məmurlar da övladlarına və ya nəvələrinə davranışları ilə bağlı xəbərdarlıq edə bilər.
Ancaq həyatda heç
kim heç nədən sığortalanmayıb. Maşını sürətlə idarə edən tək məmur uşağı
deyil. Sıradan adam da bunu edə bilər. Məsələyə obyektiv yanaşmalıyıq.
Sadəcə, məmurun övladı nümunə olmalıdır. Azərbaycanda elə məmur övladı
var ki, öz davranışı ilə cəmiyyətə müsbət örnəkdir. İki nəfərə görə
bütün məmur övladlarını qaralamaq olmaz. Belə olduğu halda istər-istəməz
digərləri də eyni səhvlərə yol verir. Ümumiləşdirmə bütün hallarda
yanlışdır”.
"Valideynlərinin statusu onların psixologiyasına təsir edir”
E. Rüstəmovun fikrincə, məmurlar övladlarına nəzarət edə bilmir:
"Hazırda
kifayət qədər məmur övladlarının normadan kənar davranışlarının şahidi
oluruq. Digər tərəfdən, valideynin vəzifəsi, statusu uşaqların
psixologiyasına təsir edir və bu, böyük problemdir. Günümüzdə artıq bu
proses valideynin nəzarətindən çıxıb. Xüsusilə informasiya əsrində
uşaqları idarə etmək çətindir. Yəni məmur qaçaraq həyat yaşayır və 24
saatın 15 saatını işləyir. Belə olduğu halda məmurun övladını görmə
ehtimalı da az olur. Bu cür şeylər tarixən də olub. Sovet dövlətinin
birinci katibi Brejnevin qızının brilliant alveri ilə məşğul olduğu
deyilirdi. Yaxud Stalinin oğlu alkoqol aludəçisi idi. Yəni tarixdə nə
qədər nümunə var. Sadəcə, məsələ indiki qədər ictimailəşməyib, problem
olanda yerində həll edilirdi”.
"Məmurlar övladının çevrəsinə diqqət etməlidir”
"Məmur
övladı öz hərəkətinə nəzarət etməli, məmur da övladını bu istiqamətdə
tərbiyə etməlidir. Uşağın çevrəsinə, kimlə oturub-durmasına fikir vermək
lazımdır. Bir fəsad yaranmasını, daha sonra tədbir görməyi gözləmək
olmaz. Məmur övladları ictimai şəxslər olduqları üçün 100 qat ehtiyatlı
davranmalıdırlar. Bu gün əksər məmur övladlarının sosial şəbəkələrdə
hesabları var. Amma onlar fikirləşmir ki, məmur övladıdı, sadəcə
yeniyetmə olduqlarını, gündəlik qayğılarını düşünürlər. Açığı hər bir
insanın müəyyən alışqanlıqları, hobbisi, adrenalin çatışmazlıqları ola
bilər. Bununla bağlı mütəxəssilərə müraciət etsinlər. Tutaq ki,
avtomobili yüksək sürətlə idarə etməyəndə özünü pis hiss edən insanlar
var. Lakin heç bir insan bu proseslərdən sığortalanmayıb.
Düşünürəm ki, son zamanlar baş verən hadisələrdən digər məmurlar nəticə çıxarar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi