Azərbaycanın artilleriya atıcıları ikinci yerə çıxdı - Fotolar + Video

img

05-08-2017 [15:00]


"Dəniz Kuboku – 2017” müsabiqəsi çərçivəsində "Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizod icra edilib.

Mia.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, beynəlxalq hakimlər briqadasının qərarına görə bu epizodun yerinə yetirilməsinin nəticələrinə əsasən birinci yerə 50 xalla Rusiyanın "Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı layiq görülüb.

Azərbaycanın "G-124” gözətçi gəmisinin ekipajı isə 48 xalla ikinci yerə sahib çıxıb.

Üçüncü yeri 46 xalla Qazaxıstanın "Sarıarka” raket artilleriya gəmisinin ekipajı və dördüncü yeri isə 44 xalla İranın "Cövşən” raket katerinin ekipajı çıxıb.


https://www.youtube.com/watch?v=T935G54Vjwg


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA