Dəhşətli qəzadakı “Mazda”yla bağlı DİN-dən açıqlama: “Sürücünün kimliyi məlumdur...”

img

05-08-2017 [13:19]


Son 2 gündür paytaxtda "Gelandewagen” və "Mazda” avtomobillərinin iştirakı ilə baş verən dəhşətli qəza müzakirə mövzusuna çevrilib.

Mətbuatda yayılan məlumatlara görə, 10-PP-203 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen”in sürücüsü baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev, "Mazda” markalı avtomobilin sürücüsü isə Səməd Heydərov olub. 

2 gün ərzində "Gelandewagen”in sürücüsünün kimliyi gizlədilsə də, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün rəsmi açıqlama yayaraq, sükan arxasında N. Allahverdiyevin olduğunu təsdiqləyib.

Digər avtomobilin kimə məxsusluğu və sükan arxasında kimin olması barədə isə rəsmi məlumat yoxdur.

BakuPost.az-ın əməkdaşı məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovdan açıqlama alıb. Qurum rəsmisi digər sürücünün kimliyinin istintaqa məlum olduğunu deyib: ""Mazda”nın sürücüsünün kimliyi istintaqa məlumdur. Cinayət işi açılıb. İstintaq gedir. Ağır yol nəqliyyat hadisəsinin bütün təfərrüatları araşdırılacaq və qanun çərçivəsində hüquqi qiymət veriləcək”.

E. Zahidov "Mazda”nın sürücüsünün K. Heydərovun qardaşı olması xəbərini təkzib edib: "Bu yalan məlumatdır, şayiədir. Həmin avtomobil Səməd Heydərova məxsus deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA