Müdafiə Nazirliyi zəhid əsgərin meyitinin zəkillərinin yayılmasına münasibət bildirib

img

03-08-2010 [11:27]


"Ermənilər avqustun 2-də Milli Qəhrəman Mübariz İbrahimovun meyiti olduğu iddia edilən şəkillər yaymaqla beynəlxalq hüquq normalarına riayət etmədiklərini və öz riyakarlıqlarını bir daha nümayiş etdirdilər?. Bu açıqlama ilə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev çıxış edib. ?Biz dəfələrlə və özü də təkidlə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun cəsədinin ermənilərdə olması barədə açıqlama vermişik. Lakin Mübariz İbrahimovun şəhid olmasından ötən ay yarım müddət ərzində Ermənistan tərəfi hərbçimizin meyitinin onlarda olmaması barədə dediklərini təkrarlamaqda davam etdi və hətta beynəlxalq təşkilatların göndərdikləri sorğulara yalan cavab verməkdən çəkinmədi. Avqustun 2-də isə Mübariz İbrahimovun meyiti olduğu iddia edilən şəkillər məhz ermənilər tərəfindən internetdə yayıldı. Bununla da ermənilər beynəlxalq hüquq normalarına riayət etmədiklərini və öz riyakarlıqlarını bir daha nümayiş etdirmiş oldular. Yəqin ki, beynəlxalq qurumlar şəkil məsələsini nəzarətə götürüb araşdırmalarını intensivləşdirəcəklər. Biz isə şəhidmizin meyitini almaq üçün səylərimizi davam etdirəcək və bu məsələdə bütün imkanlarımızı səfərbər etməkdə davam edəcəyik?, - deyə Teymur Abdullayev bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA