Artur Rasizadə qərar verdi - Dəyişiklik

img

05-08-2017 [12:13]


Azərbaycanın baş naziri Artur Rasi-zadə "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Mia.az-ın məlumatına görə, dəyişikliyə əsasən, Qaydaların 1-ci və 6-1-ci hissələrində "pambıq və tütün” sözləri "pambıq, tütün və şəkər çuğunduru” sözləri ilə əvəz edilib.

Həmçinin qərara əsasən, Qaydalara 1 nömrəli əlavədə verilmiş "Ərizəyə əlavə”nin "becərilən bitkilər” sütununda "şəkər çuğunduru” sözləri "yonca” sözü ilə əvəz edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA