05-08-2017 [11:58]
Son zamanlar "Porsche” və "Gelandewagen” markalı avtomobillərin törətdikləri xeyli sayda qəzalar ölümlə nəticələnir. Əksər hadisələrin motivində isə bu avtomobillərin yüksək sürətlə idarə olunması və yol hərəkəti qaydalarının digər formalarda kobud şəkildə pozulması dayanır.
Mia.az xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, əsasən də bəzi məmur və oliqarx övladlarının kobudcasına idarə etdikləri bu iki dünyaca məşhur avtomobil modellərini nə qədər "ölüm arabası” adlandırsaq da, əslində onların quruluşu və komfortu ölümün qarşısını almaq üçün hesablanıb. Elə bu avtomobilləri baha edən nüans da məhz budur.
Məsələnin başqa bir tərəfi də bəzi məmurların harınlamış övladlarının nə üçün məhz yuxarıda qeyd etdiyimiz avtomobil modellərinə üstünlük verməsidir. "Gelandevagen”i oliqarx övladlarına sevdirən nədir?
"Mercedes-Benz G-klass” modelləri 1979-cu ildən bu günə kimi "Mercedes-Benz” markasının istehsal etdiyi tam ölçülü yolsuzluq maşınlarıdır. Bunların arasında "Mercedes- Gelandewagen” illərdir ki, dünyada məşhurdur, lakin Azərbaycandan fərqli olaraq, onu şəhərin mərkəzi küçələrində deyil, əsasən yolsuzluq şəraitində istifadə edirlər.
Avtomobilin ilk olaraq NATO hərbçilərinin sifarişi əsasında hazırlandığı da deyilir. Lakin sonradan avtomobilin xərcləri çox, detalları baha olduğu üçün hərbiçilər bunu uyğun saymayıblar. Bildirilir ki, avtomobilin əsas sifarişçisi İran şahı Məhəmməd Rza Pəhləvi olub. Pəhləvi o vaxt "Mercedes-Benz” konserninin əsas payçılarından biri idi. Onun bu avtomobili sifariş etməkdə məqsədi isə küçələrdə "avtoşluq” etmək deyil, İrandan quru yolla qaçmaq olub.
Buna görə də "Gelandewagen”i şah avtomobili də adlandırırlar. Əfsanəvi alman yolsuzluq avtomobilinin Timati, Arnold Şvartsenegger, Roma papası, Tina Törner, Mixail Jvanetskiy, Maykl Duqlas və Bred Pit kimi məşhur sahibləri var. Bəlkə də ölkəmizdə məmur övladlarının bu modelə maraq salmalarının da əsil səbəbi, elə bu nüansdır.
Avtomobilin son illərdə istehsal edilən modellərinin qiyməti 150-200 min dollar və daha bahadır.
Sərt
görünüşə və kobud səsə malik olan avtomobilin texniki parametrləri də
çox yüksəkdir. "Gelandewagen” barəsində danışan avtomobil
həvəskarlarının maraqlı bir cümləsi var. Bildirirlər ki, "Gelandewagen”
elə bir avtomobildir ki, bütün yollar onun üçün eyni dərəcədə rahatdır.
Təəssüf ki, bu cür avtomobili normal qaydada sürə bilməyənlər də az deyil...
Ekspert Elməddin Muradlı bildirib ki, artıq ölkədə "Gelandewagen” sürücülərinin sayı xeyli artıb: "Bu avtomobilin köhnə modelləri elə də baha deyil. Yəni 40-50 min manatı olan, bu avtomobilin köhnə modelini ala bilir. Ancaq məmur övladları, biznesmenlərin sürdükləri isə daha çox yeni modellərdir. Onların törətdikləri ağır qəzaların qarşısını almaq üçün cənab prezident sərt addımlar atıb. Məsələn, ”Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid, məşhur tarzənin ailəsini maşınla vurdu və iki nəfər öldü. Dərhal atası işdən çıxarıldı, özü də həbs olundu. Bu, artıq cəzanın ən ağır forması idi. Dəfələrlə də xəbərdarlıq olundu ki, məmur övladları özlərini yığışdırsınlar".
E. Muradlı bildirib ki, "Mercedes”in bütün modellərində təhlükəsizlik qaydaları çox yüksək səviyyədə qurulub: "Getdikcə də bu, təkmilləşdirilir. Lakin heç də ”bu bahalı avtomobildir" deyib, tam rahat hərəkətlər etmək olmaz. Qəzalardan görürük ki, bahalı avtomobillər nə hala düşür, hətta dərhal alışıb yana bilir. Ona görə də bahalı avtomobil sürücüləri anlamalıdırlar ki, heç bir avtomobildə insan ölümdən sığortalanmayıb. Dünyada elə bir avtomobil yoxdur ki, təhlükəsizlik baxımından tam güvənilər olsun. Bahalı avtomobillərdə qəzaya düşən xeyli sayda varlı şəxslərin övladları olub ki, onlar sağ qalmayıblar. Məsələn, bir müddət öncə Babək prospektində "Porsche” "Zil” markalı avtomobilə dəymişdi və iki nəfər yanıb öldü. O da bir bahalı hadisə idi. Eyni zamanda "Hafka” kimi tanıdığımız Hafiz Məmmədovun oğlunun "Maseratti”sinin də Rəşid Behbudov küçəsində arxa təkəri bir balaca səkiyə dəyməklə maşın od tutub yandı. Ona görə də diqqətli olmaq lazımdır, çünki hadisə qaçılmazdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi