Azərbaycan snayperləri növbəti mərhələyə yüksəldi – Açıqlama + FOTO

img

04-08-2017 [21:05]


Bu gün "Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Snayper həddi” müsabiqəsində snayper cütlükləri yarışında iştirak edən Azərbaycan snayperləri uğur qazanaraq növbəti mərhələyə keçiblər.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  Azərbaycan snayperləri ilə yanaşı Rusiya, Belarus, Çin, Qazaxıstan, Özbəkistan, Banqladeş və Monqolustan snayperləri də növbəti mərhələyə yüksəliblər.

Ermənistan, İran, Yunanıstan, Venesuela, Qırğızıstan, Zimbabve, Hindistan, Tailand və Cənubi Afrika Respublikasının snayperləri zəif nəticə göstərərək yarışları tərk ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA