Azərbaycanda ali məktəblərə ixtisas seçimi üçün sənəd qəbulunun vaxtı uzadılıb

img

02-08-2010 [06:06]


Bu gün abituriyentlərin ixtisas seçiminin son günü idi. Lakin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ixtisas seçimi vaxtını sabah saat 14:00-a qədər uzadıb. Bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadəaçıqlamasında bildirib. Bu gün saat 18:00-a qədər ümumilikdə 32164 abuturiyent ixtisas seçimində sənədlərini təsdiqləyib. Onlardan 27699 nəfər Azərbaycan bölməsi, 4465 nəfər isə rus bölməsi üzrə ixtisas seçib. İxtisas seçiminin vaxtının uzadılmasının səbəbi hələ də ixtisas seçim hüququ olan 700 abuturiyentin sənədlərini təsdiq etməməsidir. Qeyd edək ki, TQDK nəticələri rəsmi olaraq avqustun 5-də açıqlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA