Xanım Xəlilova Kamal Kılıçdaroğlu ilə görüzüb

img

02-08-2010 [05:51]


Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı alim Xanım Xəlilova Cümhuriyyət Xalq Partiyasının (CXP) başqanı Kamal Kılıçdaroğlu ilə görüşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə X.Xəlilova özü məlumat verib. X.Xəlilova agentiyimizə açıqlamasında deyib ki, Türkiyənin ana müxalifət partiyasının lideri ilə görüş CXP-nin Ankaradakı mərkəzi qərargahında baş tutub: "Kamal bəylə təxminən 45 dəqiqə fikir mübadiləsi apardıq. Söhbətimizin əsas mövzusu Türkiyə-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin günahsız azərbaycanlılara qarşı törətdiyi vəhişiliklər barədə oldu. Kamal Kılıçdaroğluna erməni vandalizmindən bəhs edən xeyli sənəd verdim. O isə öz növbəsində rəhbərlik etdiyi partiyanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, ermənilərin işğal etdikləri torpaqları dərhal tərk etmələrinin vacibliyini vurğuladı. Bu mövzuda müzakirələri gələcəkdə də davam etdirməyi qərara aldıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA