Azərbaycan XiN Pakistana getmək istəyən ölkə vətəndazlarına xəbərdarlıq edib

img

02-08-2010 [05:31]


Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına son vaxtlar Pakistan İslam Respublikasında baş vermiş hadisələrlə bağlı xəbərdarlıq edib. XİN mətbuat xidmətindən MİA-ya daxil olan xəbərdarlıqda deyilir: ?Pakistanda son dövrlərdə terrorçu qruplaşmalar və Pakistan ordusu arasında toqquşmalar güclənib. Pakistan ərazisində terrorçu qruplaşmalar tərəfindən xarici vətəndaşların qaçırılması və girov götürülməsi hallarının sayı artıb. Azərbaycan Respublikası vətəndaşlarının Pakistanın aşağıdakı ərazilərinə səyahət edərkən ehtiyatlı olmaları tövsiyə olunur: Cənubi Vəziristan, Svat, Bacaur, Xeybər, Xürrəm və Orakzay inzibati bölgələri. Peşəvər şəhəri və onun cənubunda olan bölgələrdə, Şimali və Qərbi Belucistana və Qetta (Quetta) şəhərinə olan səfərlər təhlükəli olaraq qalır. Buner və Aşağı Dirə Lovari yolu vasitəsilə səyahətlər də təhlükəli hesab edilir. Şimali Vəziristan bölgəsi Pakistanın qonşu Əfqanıstanla sərhəddə yerləşən bölgələrindən biri olaraq mürəkkəb coğrafi əraziyə, yüksək dağ və sıx meşə zolağına malikdir. Pakistan Silahlı Qüvvələrinin son on səkkiz ay ərzində ölkənin Əfqanıstanla sərhəddə yerləşən inzibati bölgələrdə, o cümlədən Svat, Bacaur, Xeybər, Xürrəm və Orakzayda keçirdiyi geniş miqyaslı əməliyyatlar nəticəsində terrorçu qüvvələr Şimali Vəziristan ərazisində cəmləşiblər. Bu ərazidə girov götürülmə (qaçırılma) riski də mövcuddur. Bunları nəzərə alaraq, Pakistana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar. Pakistanda daimi və müvəqqəti yaşayan, olan Azərbaycan Respublikasının vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün İslamabad şəhərində yerləşən Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur. Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımı kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır. Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə riskindən kənar deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA