Kafedə 2 şahin, 1 qırqovul saxlayan sahibkar cərimələndi - Nazirlik tərəfindən + FOTO

img

03-08-2017 [16:45]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında” və "Heyvanat aləminin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reyd keçirilib.

Mia.az nazirliyə istinadən xəbər verir ki, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı "Sevinc” kafesində qəfəsdə 2 şahin və 1 qırqovul quşlarının saxlanıldığı aşkar edilib. 

Araşdırma zamanı quşların vəhşi təbiətdən qanunsuz götürülərək saxlanıldığı məlum olub. Faktla bağlı kafenin inzibatçısı Hafiz Behdiyev barəsində protokol tərtib edilib:

"İnzibati xəta törətdiyinə görə H.Behdiyev 500 manat məbləğində cərimə olunub və quşlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quşlar baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA